Son dəqiqə

Azərbaycan Mikayıl Cabbarov enerji keçidi İqtisadi əməkdaşlıq İnvestisiya Çad

Azərbaycan və Çad iqtisadi əməkdaşlığı dəyərləndirilib

BAKI,TurkicWorld

Azərbaycan və Çad arasında iqtisadi əməkdaşlıq potensialının reallaşdırılması imkanları nəzərdən keçirilib.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində Çad Respublikasının dövlət naziri, maliyyə, büdcə, iqtisadiyyat, planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri Tahir Hamid Nguilin ilə görüşdük.

Ticarət, investisiya, enerji, rəqəmsallaşma və digər sahələrdə əməkdaşlıq potensialının reallaşdırılması imkanlarını vurğuladıq", - paylaşımda qeyd edilib.

Mövzuya görə xəbərlər