BAKI,TurkicWorld
Mayın 14-də “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilir.
TurkicWorld xəbər verir ki, tədbirdə Latın Amerikası, Afrika, Asiya, Sakit okean hövzəsini əhatə edən ümumilikdə 114 ölkədən QHT təmsilçiləri qatılıb.
Açılış mərasimində Azərbaycanın bir sıra dövlət rəsmiləri də iştirak edirlər.
Baş Assambleya müxtəlif panellərlə gün ərzində davam edəcək.
Xəbər yenilənəcək