Bakı. TurkicWorld:
Bu ilin yanvar ayında Azərbaycanda dəniz nəqliyyatı ilə 171,5 milyon ABŞ dolları dəyərində 95,8 min ton yük daşınıb.
TurkicWorld bu barədə Dövlət Gömrük Komitəsinə istiandən xəbər verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 56,2 milyon ABŞ dolları və ya 23%, həcm ifadəsində isə 110,7 min ton və ya 2,1 dəfə azdır.
Hesabat dövründə Azərbaycandan dəniz nəqliyyatı ilə 10,1 milyon ABŞ dolları dəyərində təqribən 15 min ton yük ixrac olunub ki bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 8,5 milyon ABŞ dolları və ya 6,3 dəfə, həcm ifadəsində isə 10,4 min ton və ya 3,3 dəfə çoxdur.
Bu ilin yanvar ayında Azərbaycana dəniz nəqliyyatı ilə 161,4 milyon ABŞ dolları dəyərində 80,9 min ton yük idxal olunub ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 64,7 milyon ABŞ dolları və ya 28,6%, həcm ifadəsində isə 121,1 min ton və ya 2,5 dəfə azdır.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Azərbaycanda yük nəqliyyat vasitələri ilə ümumilikdə 3,538 milyard ABŞ dolları dəyərində 5,440 milyon ton yük daşınıb. Bu, dəyər baxımından əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 30,5%, həcm baxımından isə 1,099 milyon ton və ya 16,8% azdır.
Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan ümumilikdə 2,236 milyard ABŞ dolları dəyərində 4,678 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 802,6 milyon ABŞ dolları və ya 26,4%, həcm ifadəsində isə 910,7 min ton və ya 16,3% azalma deməkdir.
Eyni zamanda bu ilin yanvar ayında yüklərin daşınma vasitələri üzrə Azərbaycana ümumilikdə 1,302 milyard ABŞ dolları dəyərində 762,8 min ton yük idxal edilib. Bu isə 2025-ci ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 750,2 milyon ABŞ dolları və ya 36,5%, həcm baxımıdan isə 188,4 min ton və ya 19,8% azdır.







