Son dəqiqə

Azərbaycan Bakı Bakı Fond Birjası (BFB) Bakı Fond Birjasının (BFB) Listinq Komitəsi FINCA Azerbaijan MM QBKT-nin istiqrazların ticarətə buraxılması

"FINCA Azerbaijan" MM QBKT-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

30 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Bu barədə TurkicWorld Bakı Fond Birjasına istinadən xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 12.02.2026-cı il tarixində keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"FINCA Azerbaijan" MM QBKT

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2014019205

İstiqrazların növü və forması

Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı

10,000 ədəd

İlkin ticarət qiyməti

100 ABŞ dolları

İstiqrazların buraxılış həcmi

1,000,000 ABŞ dolları

İllik gəlirlilik faizi

9%

Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti

24 ay

Ticarətə buraxılma tarixi

12.02.2026

Anderrayter

“Unicapital İnvestisiya Şirkəti” ASC

Mövzuya görə xəbərlər