Son dəqiqə

İqtisadi artım üzrə işçi qrupunun iclası keçirilib Sosial-iqtisadi inkişaf Strategiyasının icrası müzakirə olunub İqtisadi artım tədbirlərinin icra vəziyyəti dəyərləndirilib Dayanıqlı iqtisadi inkişaf üzrə görülən işlər nəzərdən keçirilib 2022–2026 Strategiyası üzrə icra prosesi müzakirə edilib İqtisadi artım hədəfləri üzrə növbəti iclas baş tutub

İqtisadi artım üzrə işçi qrupunun iclası keçirilib

BAKI,TurkicWorld, Orxan Qədirzadə

2022-2026-cı illərdə ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulan dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə hədəfə nail olunması məqsədilə yaradılmış “İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası üzrə görülən işlər müzakirə edilib.

TurkicWorld xəbər verir ki, iclasda çıxış edən işçi qrupun sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyası üzrə tədbirlərin reallaşdırılmasının dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafa nail olunmasında rolunu vurğulayıb. Nazir müavini işçi qrupunun fəaliyyət istiqamətləri üzrə tədbirlərin icra vəziyyətini, İqtisadiyyat Nazirliyinin əsas icraçısı olduğu tədbirlər üzrə görülmüş işləri diqqətə çatdırıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Təranə Salıfova və Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov Strategiyanın monitorinq və qiymətləndirilməsi üzrə 2025-ci il ərzində görülmüş işlər, eyni zamanda gələcək planlar barədə məlumat veriblər.

İclasda Strategiyada nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı görülmüş işlərə dair müzakirələr aparılıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 işçi qrupu yaradılıb.