Son dəqiqə

Azərbaycan Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyi Gürcüstan Qəbələ Azərbaycan Biznesinin İnkişafı Fondu Sezar Çöçelli

Qəbələdə tikiləcək zavod idxaldan asılılığı azaldacaq - Nazir

BAKI, TurkicWorld

Qəbələdə alkoqollu və alkoqolsuz içkilərin istehsalı zavodunun tikintisi ilə rəqabətqabiliyyətli məhsulların istehsalı və idxaldan asılılığın azalması baxımından perspektivləri müzakirə edilib.

TurkicWorld xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Gabala Beverage Company" şirkətinin təsisçisi Sezar Çöçelli ilə görüşdə şirkətlə əməkdaşlıq məsələlərini və biznes təşəbbüslərini müzakirə etdik.

Regionlara investisiyaların cəlb edilməsini, Qəbələdə alkoqollu və alkoqolsuz içkilərin istehsalı zavodunun tikintisi üzrə görülən işləri, layihənin məşğulluğun təşviqi, rəqabətqabiliyyətli məhsulların istehsalı və idxaldan asılılığın azalması baxımından perspektivlərini qeyd etdik”, - paylaşımda qeyd edilib.

Xatırladaq ki, “Gabala Beverage Company” şirkəti İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (keçmiş “Azərbaycan İnvestisiya Şirkəti” ASC) və Gürcüstanın “Georgian Beer Company” Ltd şirkəti arasında imzalanan Birgə İştirak Müqaviləsinə əsasən yaradılıb. Qəbələ rayonunda qabaqcıl beynəlxalq texnologiyalara əsaslanan pivə və sərinləşdirici içki zavodu illik 147 milyon litr istehsal gücünə malik olacaq.

Mövzuya görə xəbərlər