Son dəqiqə

Euronews Azərbaycanda PPP modelinin inkişafını işıqlandırıb Azərbaycanda dövlət-özəl tərəfdaşlığı beynəlxalq medianın diqqətində PPP layihələri Azərbaycanın iqtisadi diversifikasiyasını gücləndirir Euronews: Azərbaycan qeyri-neft sektorunu şaxələndirir Beynəlxalq media Azərbaycandakı iqtisadi islahatları təqdim etdi Azərbaycanda PPP layihələrinə qlobal maraq artır

“Euronews” Azərbaycanda dövlət-özəl tərəfdaşlığının inkişafını işıqlandırıb

BAKI,TurkicWorld

“Euronews” beynəlxalq xəbər kanalı Azərbaycanda dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin genişləndirilməsi, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində görülən işlərə həsr olunmuş video süjet yayımlayıb.

TurkicWorld xəbər verir ki, süjetdə İqtisadiyyat Nazirliyinin Layihələrin idarə olunması şöbəsinin müdiri Zamir Dibirov 2026-cı il üçün formalaşdırılan dövlət-özəl tərəfdaşlığı portfelinin strateji əhəmiyyət daşıyan və yüksək sosial təsirə malik 6 əsas layihəni əhatə etdiyini bildirib. Onun sözlərinə görə, bu layihələr ölkədə dayanıqlı iqtisadi artımın təmin edilməsinə və özəl sektorun fəal iştirakının genişləndirilməsinə xidmət edir.

Video materialda Azərbaycanda rəqabətqabiliyyətli biznes mühitinin yaradılması, müasir infrastrukturun qurulması və insan kapitalının inkişafı istiqamətində həyata keçirilən islahatlar beynəlxalq auditoriyanın diqqətinə çatdırılıb. Qeyd olunub ki, bu amillər ölkəmizə olan beynəlxalq marağın artmasına və xarici investorlar üçün cəlbedici mühitin formalaşmasına mühüm töhfə verir.

Süjetdə vurğulanır ki, dövlət-özəl tərəfdaşlığı modeli qeyri-neft sektorunun inkişafında mühüm alət kimi çıxış edir və uzunmüddətli perspektivdə iqtisadiyyatın daha dayanıqlı və şaxələndirilmiş struktura malik olmasına imkan yaradır.