Son dəqiqə

Azərbaycan Azərbaycan Mərkəzi Bankı Yaponiya İnvestisiya imkanları

Ötən il Yaponiya Azərbaycan iqtisadiyyatına 172 milyon dollardan çox investisiya yatırıb

BAKI, TurkicWorld

Ötən ilin yanvar-sentyabr ayları ərzində Yaponiyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 172,140 milyon ABŞ dolları təşkil edib.

TurkicWorld bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,499 milyon dollar və ya 4,7% azdır.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Yaponiyadan reallaşan investisiyaların payı 3,6% təşkil edib.

Azərbaycan isə öz növbəsində ötən ilin ilk 9 ayı ərzində Yaponiya iqtisadiyyatına 12,050 milyon dollar sərmayə qoyub ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,4 milyon dollar və ya 34,7% azdır.

Birbaşa xarici investisiyaların ümumi həcmində Yaponiyaya yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,6% təşkil edib.

2024-cü ilin ilk 9 ayı ərzində Yaponiyadan Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 180,639 milyon dollar, Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 18,454 milyon dollar təşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.

Mövzuya görə xəbərlər