BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Bu il dekabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 28,148 milyard manat təşkil edib.
TurkicWorld Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 428,4 milyon manat (-1,5%) az, ilin əvvəli ilə müqayisədə 1,5 milyard manat (5,8%), ötən il dekabrın 1-nə nisbətən isə 961,3 milyon manat (3,5%) çoxdur.
Hesabat tarixinə bankların xalis daxili aktivləri isə 20,514 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 1,6 milyard manat və ya 8,5%, ilin əvvəli ilə müqayisədə 622,8 milyon manat və ya 3,1%, ötən il dekabrın 1-nə nisbətən isə 3 milyard manat və ya 17,2% çoxdur.
Hesabat dövrünə Azərbaycanda ümumi aktivləri 58,748 milyard manat olan 22 bank fəaliyyət göstərir.







