Son dəqiqə

Azərbaycan Maliyyə nazirliyi AMB

7 günlük depozit portfelinin payı 87% olub - AMB

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Cari ilin aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabı qalığı kommersiya banklarında depozit şəklində yerləşdirib ki, bu da bank sektorunda likvidliyin avtonom amillər hesabına artımına səbəb olub.

TurkicWorld xəbər verir ki, bu barədə "Azərbaycan" qəzetində dərc edilən "Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı"nda bildirilib.

"Bu şəraitdə AZIR-ı uçot dərəcəsinə yaxın idarə etmək üçün 7 günlük depozit əməliyyatından başlıca açıq bazar əməliyyatı kimi istifadə edilmişdir. 30 noyabr 2025-ci il tarixinə açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin tərkibində 7 günlük depozit portfelinin payı 87% olmuşdur", - məlumatda vurğulanıb.

Mövzuya görə xəbərlər