Son dəqiqə

Azərbaycan Dövlət Statistika Komitəsi maye qaz maye qaz istehsalı Azərbaycanda maye qaz istehsalı

Azərbaycanda maye qazların istehsalı 24%-dən çox artıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 206,7 min ton maye qaz istehsal edilib.

TurkicWorld bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 40,4 min ton və ya 24,3% çoxdur. Keçən ilin eyni dövründə ölkədə 166,3 min ton maye qazlar istehsal edilmişdi.

Bu ilin dekabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 3 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5,013 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artıb.

Mövzuya görə xəbərlər