Yanvar-iyul aylarında Türkiyədən Qazaxıstana polad ixracı 9 faizdən çox azalıb

Yanvar-iyul aylarında Türkiyədən Qazaxıstana polad ixracı 9 faizdən çox azalıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-iyul aylarında Qazaxıstana polad ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz azaldaraq 18 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Qazaxıstana polad ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 29,8 faiz azaldaraq 1,7 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyul aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 13,5 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 1,6 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 7,1 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 24,9 milyard dollar məbləğində polad ixrac edib.