Son dəqiqə

Azərbaycan Dövlət Statistika Komitəsi tikinti materialları

Azərbaycanda tikinti şüşəsi istehsalı artıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 8,440 milyon kvadratmetr tikinti şüşəsi istehsal edilib.

TurkicWorld bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə tikinti şüşəsinin istehsal həcmi 12,9 min kubmetr və ya 0,2% artıb.

Cari ilin noyabrın 1-nə hazır məhsul ehtiyatı 1,604 milyon kvadratmetr təşkil edib.

Qeyd edək ki, Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2025-сi ilin yanvar-oktyabr aylarında istehsalın ümumi dəyəri 1,181 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz azalıb.

Mövzuya görə xəbərlər