Son dəqiqə

Azərbaycan Dövlət Statistika Komitəsi tikinti materialları

Azərbaycanda tikinti kərpici istehsalı 10%-ə yaxın artıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 554,1 min kubmetr tikinti kərpici istehsal edilib.

TurkicWorld bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə tikinti kərpicinin istehsal həcmi 48,6 min kubmetr və ya 9,6% artıb.

Cari ilin noyabrın 1-nə hazır məhsul ehtiyatı 13,8 min kubmetr təşkil edib.

Qeyd edək ki, Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2025-сi ilin yanvar-oktyabr aylarında istehsalın ümumi dəyəri 1,181 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz azalıb.

Mövzuya görə xəbərlər