Son dəqiqə

vergi qaydaları qanunvericilik dəyişikliyi maliyyə yükünün azaldılması nağdsız ödəniş təşviqi büdcəyə ödəniş nağdsız dövriyyə vergi optimallaşdırması vergi yükü sahibkarlar sadələşdirilmiş vergi POS-terminal nağdsız ödəniş Günay Vəliyeva

Nağdsız ödənişlər sahibkarların vergi yükünü azaldacaq - Günay Vəliyeva

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı il yanvarın 1-dən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergi optimallaşdırması tətbiq ediləcək. Ona görə, POS-terminal vasitəsilə nağdsız ödənişlər üzrə formalaşan dövriyyənin 50 faizi 3 il müddətinə ƏDV tutulan ümumi dövriyyədən çıxılacaq.

Bu sözləri TurkicWorld -a açıqlamasında SİNXRON – Dövlət Vergi Xidmətinin əməkdaşı Günay Vəliyeva bildirib.

Günay Vəliyeva əlavə edib ki, 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə subyektləri üçün POS-terminal vasitəsilə nağdsız dövriyyə üzrə vergi dərəcəsi 6 faizə endiriləcək.

O, nümunə üzərindən izah edib: “Ay ərzində xidmətlərin dəyəri 50 min manat olan ictimai iaşə müəssisəsində 10 min manat nağd, 40 min manat isə nağdsız ödənilib. Əvvəl büdcəyə ödənilməli ƏDV 6 min manat idisə, dəyişiklikdən sonra bu məbləğ 2.400 manat olacaq. Sadələşdirilmiş vergi ödəyicisi üçün isə bu məbləğ 3.200 manat təşkil edəcək”.

Günay Vəliyeva vurğulayıb ki, nağdsız ödənişlərin xüsusi çəkisi artdıqca, bu dəyişiklik sahibkarlar üçün vergi yükünü azaldacaq və qazancın artmasına imkan yaradacaq.

Mövzuya görə xəbərlər