Son dəqiqə

Azərbaycan maye qaz istehsalı

Azərbaycanda maye qazların istehsalı 14%-dən çox artıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 190 min ton maye qaz istehsal edilib.

TurkicWorld bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,7 min ton və ya 14,2% çoxdur. Keçən ilin eyni dövründə ölkədə 166,3 min ton maye qazlar istehsal edilmişdi.

Bu ilin noyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 2,6 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4,563 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artıb.

Mövzuya görə xəbərlər