Son dəqiqə

Azərbaycan İsrail Mikayıl Cabbarov Bakı Tel-Əviv ikitərəfli əməkdaşlıq İkitərəfli görüşlər

Azərbaycan və İsrail neft-qaz sahəsində birgə fəaliyyətin dərinləşdirilməsini müzakirə ediblər

BAKI,TurkicWorld

Azərbaycan və İsrail neft-qaz sahəsində birgə fəaliyyətin dərinləşdirilməsi üzrə müzakirələr aparıblar.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"İsrail Dövlətinə işgüzar səfərimiz zamanı bu ölkənin energetika və infrastruktur naziri Eli Kohen ilə görüşməkdən məmnun olduq.

Görüş zamanı enerji və su sektorlarında mövcud əməkdaşlığın gücləndirilməsi, neft-qaz sahəsində birgə fəaliyyətin dərinləşdirilməsi barədə fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.

Mövzuya görə xəbərlər