Son dəqiqə

Azərbaycan əmlak bazarı Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı Mənzil bazarı mənzil satışı 2024 və 2025-ci illərin mənzil bazarı müqayisəsi Türkiyədə əmlak bazarının xarici investorlar üçün cazibədarlığı Xarici vətəndaşların Türkiyədə mənzil alışı Daşınmaz əmlak və investisiya fürsətləri Daşınmaz əmlak yatırımları daşınmaz əmlak bazarı

Azərbaycanlıların Türkiyədən daşınmaz əmlak alışı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 645 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 41 obyekt çoxdur.

Bu barədə TurkicWorld -ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 67 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 20 obyekt azdır.

Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında Türkiyədə 150 min 657 mənzil satın alınıb ki, bu da 2024-cü ilin avqust ayı ilə müqayisədə 6,9 faiz çoxdur.

Məlumata görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə 1 milyon 128 min 727 mənzil satın alınıb.

"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.

2025-ci ilin sentyabr ayında Türkiyədə xarici vətəndaşlara min 867 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz azdır.

Eyni ilin yanvar- sentyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 14 min 944 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz azdır.

Mövzuya görə xəbərlər