BAKI, TurkicWorld
Türkiyə 2025-cü ilin sentyabr ayında Azərbaycana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq, 46 milyon 740 min 17 dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Azərbaycana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq, 396 milyon 815 min 36 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq, 24 milyard 331 milyon 79 min dollara bərabər olub.
“Bu ilin sentyabr ayında Türkiyə 2 milyard 500 milyon 661 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 14,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 31 milyard 956 milyon 706 min dollar məbləğində kimyəvi maddə ixrac edib.







