Son dəqiqə

Türkiyə Ticarət nazirliyi xalça Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Azərbaycana xalça ixracı 5 milyon dolları keçib(ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin sentyabr ayında Azərbaycana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz azalaraq, 5 milyon 950 min 59 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Azərbaycana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz azalaraq, 1 milyon 462 min 96 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azalaraq dəyişərək, 2 milyard 16 milyon 639 min dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 263 milyon 750 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 5,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 2 milyard 797 milyon 852 min dollar məbləğində xalça ixrac edib.

Mövzuya görə xəbərlər