
Bakı. TurkicWorld:
TurkicWorld media platforması “Brandup” Agentliyinin təşkilatçılığı və MÜSİAD Azərbaycanın dəstəyi ilə iyunun 25-də Bakıda keçiriləcək "Baku Branding Meetup" adı altında iş adamlarının görüşünün rəsmi media tərafdaşıdır.
İş adamlarının görüşü 25 iyun tarixində “FAIRMONT HOTEL”də keçiriləcək.
Görüşdə ümumilikdə, iştirakçı sayı 150 nəfər nəzərdə tutulur ki, bunların da böyük əksəriyyəti iş adamları, şirkət rəhbərləri və marketinq direktorları olacaq.
Tədbirin əsas məqsədi ölkədə regional, qlobal səviyyədə brendlərin yaranmasının önəmi və yerli bazarda bu istiqamətdə atıla biləcək addımların müzakirəsidir.
Qeyd edək ki, bundan əvvəl TurkicWorld, "Teknofest 2022" aerokosmik və texnologiya festivalının və Beynəlxalq Biznes Forumunun da (International Business Forum (IBF)) rəsmi media tərəfdaşı kimi çıxış edib.