Son dəqiqə

Azərbaycan humanitar yardım Beynəlxalq humanitar yardım Humanitar yardım layihələri

Azərbaycanın humanitar yük idxalı və ixracı yarıbayarı azalıb

BAKI, TurkicWorld

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 23,8 milyon ABŞ dolları dəyərində humanitar yük, təmənnasız kömək, texniki yardım və hədiyyə idxal edilib.

Bu barədə TurkicWorld Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 28,9 milyon ABŞ dolları və ya 54,9% azdır.

Hesabat dövründə sözügedən məhsulların idxalda xüsusi çəkisi 0,17% təşkil edib.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandan 1,553 milyon ABŞ dolları dəyərində humanitar yük, təmənnasız kömək, texniki yardım və hədiyyə ixrac edilib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 1,7 milyon ABŞ dolları və ya 51,9% azdır.

Hesabat dövründə sözügedən məhsulların ixracda xüsusi çəkisi 0,01% təşkil edib.

Mövzuya görə xəbərlər