Rəşad Nəbiyev Selçuk Bayraktarla görüşüb (FOTO)

Rəşad Nəbiyev Selçuk Bayraktarla görüşüb (FOTO)

Bakı. TurkicWorld:

Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan “TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar və Türkiyәnin sәnaye vә texnologiya nazirinin müavini Mehmet Fatih Kacırla görüşüb.

TurkicWorld-un məlumatına görə, nazir bu barədə öz "Facebook" hesabında bildirib.

Qeyd edilib ki, görüşdə 26 – 29 mayda Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq işləri müzakirə olunub.