Son dəqiqə

Azərbaycan Türkiyə əmlak bazarı Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı Mənzil bazarı mənzil satışı 2024 və 2025-ci illərin mənzil bazarı müqayisəsi Xarici vətəndaşların Türkiyədə mənzil alışı Daşınmaz əmlak və investisiya fürsətləri Daşınmaz əmlak yatırımları daşınmaz əmlak bazarı

İyun ayında Azərbaycanlıların Türkiyədən daşınmaz əmlak alışı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları Türkiyədə 408 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 19 obyekt azdır.

Bu barədə TurkicWorld -ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin iyun ayında Azərbaycan vətəndaşları Türkiyədə 71 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin iyun ayı ilə müqayisədə 20 obyekt çoxdur.

Qeyd edək ki, 2025-ci ilin iyun ayında Türkiyədə 107 min 723 mənzil satın alınıb ki, bu da 2024-cü ilin iyun ayı ilə müqayisədə 35,8 faiz çoxdur.

Məlumata görə, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyədə 691 min 893 mənzil satın alınıb.

"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 26,9 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.

2025-ci ilin iyun ayında Türkiyədə xarici vətəndaşlara min 565 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz çoxdur.

Eyni ilin yanvar-iyun aylarında əcnəbi vətəndaşlar Türkiyədən 9 min 354 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz azdır.

Mövzuya görə xəbərlər