...

Bu ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana polad ixracı artıb - Nazirlik (ÖZƏL)

İqtisadiyyat Digər xəbərlər 13 May 2022 10:20
Ankara TurkicWorld Daspina Hasanova
Bu ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana polad ixracı artıb - Nazirlik (ÖZƏL)

Ankara. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana polad ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz artıraraq 37,9 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Aprel ayında Türkiyə Azərbaycana polad ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 31,5 faiz artaraq 9,2 milyon dollar olub.

Qeyd edək ki , 2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 42.3 faiz artaraq 7.7 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 2 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 23,9 faiz çoxdur

Son 12 ay ərzində (aprel 2021-aprel 2022) Türkiyə 24.6 milyard dollar məbləğində polad ixrac edib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti