Türkiyə elektrik avadanlıqları ixracını artırıb

Türkiyə elektrik avadanlıqları ixracını artırıb

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin elektirik avadanlıqlarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artaraq 4,9 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektirik avadanlıqları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 12 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (aprel 2021-aprel 2022) Türkiyə 14,6 milyard dollar məbləğində elektirik avadanlıqları ixrac edib.