Türkiyə sement və şüşə ixracını artırıb (ÖZƏL)

Türkiyə sement və şüşə ixracını artırıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin sement və şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz artaraq 1,8 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə 569 milyon dollar məbləğində sement və şüşə ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 41,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (aprel 2021-aprel 2022) Türkiyə 5 milyard dollar məbləğində sement və şüşə ixrac edib.