İnternet bank Leobank artıq 300 000 müştəriyə sahibdir
Bank kartlarından istifadə nə qədər rahatdırsa, bəzən onları almaq o qədər də çətin olur. Yaxşı ki, bu, keçmişdə qalıb, çünki Azərbaycanda internet bankçılıq inkişaf edir və bazarda yeni oyunçular yaranır. İlk tamamilə mobil bank olan və artıq 300.000 istifadəçisi olan bank kimi böyüməyə davam edir. Söhbət Unibank-ın təqdim etdiyi yeni Mobil bankçılıq xidməti olan Leobank-dan gedir.
Bankı iki sözlə təsvir etmək lazım gəlsə, bunlardan biri sadəlik digəri isə, müasirlik olardı.
Biz elə bir dünyada yaşayırıq ki, vaxt bizə heç zaman kifayət etmir. Buna görə də Leobank çoxlarının xəyal etdiyini etdi - filiallardan azad oldu. Və bunlarla yanaşı, bankın iş qrafikinə uyğunlaşmaq ehtiyacı da, sənədləşmə işləri, yaranan növbələrdəndə azad oldu.
Bəs filial yoxdursa, kartı necə əldə etmək olar?
Çox asan. Bunun üçün bütün əməliyyat sistemləri üçün mövcud olan mobil tətbiqi yükləmək və sadə qeydiyyatdan keçmək kifayətdir. Cəmi bir neçə sual kifayət edir. Uzun və çaşdırıcı formaları doldurmaq və hətta sənədləri skan etməyə ehtiyac yoxdur, sadəcə fotoşəkil çəkmək yetər. Bəli, İnternet bankçılıq təkçə rahat deyil, həm də çox asandır.
Qeydiyyatı tamamladıqdan sonra, kartın çatdırılma ünavanını və vaxtını seçirik. Bu, ev, ofis və ya sevimli kafe ola bilər. Qeyd olunan vaxtda qeyd etdiyiniz ünvanda arzuolunan dəbli kartı əldə edəcəksiniz.
Leobank kartı bizə nə təqdim edir?
Digər bankların təqdim etdiyi xidmətlər, amma daha rahat və fərqli tərzdə. Bir hesabda həm şəxsi həm də kredit vəsaitlərinizi saxlamaq imkanı yaranır. Yeri gəlmişkən, kredit limiti 10.000 ₼-a çata bilər. İndi istifadə edin, sonra ödəyin, çünki kredit vəsaitlərinin qaytarılması üçün güzəşt müddəti 62 günə qədərdir.
Leobank hamıya tanış İnternet bankçılıqdır, lakin alışdığımızdan daha rahatdır. Kommunal ödənişləri ödəyin, onlayn alış-veriş edin, ailə və dostlarınıza pul köçürün. Bank kartları arasında bütün əməliyyatlar komissiyasız və faizsiz baş verir. Əgər yaxınlıqda digər Leo istifadəçisi varsa, Shake to pay funksiyasından istifadə edə bilərsiniz.
Bu, bir az sehri xatırladır, çünki köçürmə üçün kartın nömrəsini göstərməyə ehtiyac yoxdur. Tətbiqi iki smartfonda açmaq və onları silkələmək kifayətdir. Daxili lokator ən yaxın istifadəçini təyin edəcək və sizə lazım olan məbləği daxil etmək qalır.
Onlayn bankçılıq hələ də "sadəlik və müasirliyə" uyğun gələn bir sıra üstünlüklərə malikdir. Məsələn, əlaqə vasitələri. Razılaşın, bu günki gündə heç kim telefonla danışmağı sevmir. Bəli, bəzən bu daha rahatdır, lakin çox nadir hallarda. Buna görə də siz Leo-nun xidmət dəstəyi ilə mesencerlərdə əlaqə saxlaya bilərsiniz:
- Telegram
- Messenger
Onlayn bank seçdikdə, əmin ola bilərsiniz ki, məsləhətçilər gecə-gündüz istənilən vaxt cavab verəcəklər, çünki dəstək xidməti 24/7 işləyir.
Bu, xüsusilə axşam saatlarında nağd pul çıxarmaq lazım olduqda ən yaxın bankomatın harada yerləşdiyini öyrənmək üçün rahatdır. Yaxud səfərə gedirsiniz zaman sevimli qara Visa kartınızla xaricdə ödəniş etməyin mümkün olub-olmadığını öyrənmək üçün müraciət edə bilərsiniz. Spoiler: bu mümkündür, çünki bütün Leobank kartları Visa ödəniş sisteminin bir hissəsidir.
Bunlar sadəcə müraciət növlərinin bir neçə misaldır, çünki siz Telegram-da yazdığınız zaman sizi maraqlandıran istənilən məlumatı öyrənə bilərsiniz.