Bakı, TurkicWorld
"Azərbaycan və Almaniya şirkətləri arasında ticarət, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi üzrə yol xəritəsi" imzalanıb.
TurkicWorld xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşdə işgüzar dairələr arasında əlaqələrin inkişafı perspektivlərini müzakirə etdik. Azərbaycanın əlverişli biznes ve investisiya mühitinin alman şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsinə yaratdığı imkanları vurğuladıq.
Görüş çərçivəsində Alman İqtisadiyyatının Şərq Komitəsi, AZPROMO və Alman-Azərbaycan Ticarət Palatası tərəfindən "Azərbaycan və Almaniya şirkətləri arasında ticarət, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi üzrə yol xəritəsi" imzalandı. Sənədin icrası ikitərəfli iqtisadi-ticarət və investisiya əməkdaşlığının gücləndirilməsini, birgə təşəbbüslərin reallaşdırılmasını stimullaşdıracaq", - paylaşımda qeyd edilib.







