Son dəqiqə

Azərbaycan Rusiya Mixail Boçarnikov

Azərbaycanda "MİR" kartları ilə ödəniş imkanı rusiyalı turistlərin cəlbinə kömək edə bilər – Səfir

Bakı. TurkicWorld:

Rusiyanın "MİR" milli ödəmə sisteminin kartları ilə Azərbaycanda ödəniş imkanlarının yaradılması rusiyalı turistlərin Azərbaycana cəlb olunmasına böyük kömək edə bilər.

TurkicWorld-un məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

O bildirib ki, son dövrlərdə Azərbaycanda Rusiya turistlərinin sayı artır.

"Bu gün daşıyıcıların sayı çox deyil, amma artıq onların sayı artmaqdadır. "MİR" kartları ilə ödəniş imkanları turistlərin Azərbaycana cəlb olunmasına çox kömək göstərə bilər" - M.Boçarnikov deyib.

Mövzuya görə xəbərlər