Son dəqiqə

Azərbaycan Rusiya Mixail Boçarnikov

Rusiya Azərbaycandan pomidor tədarükü ilə bağlı bütün məhdudiyyətləri ləğv edib - Səfir

Bakı. TurkicWorld:

Rusiya Azərbaycandan pomidor tədarükü ilə bağlı bütün mövcud məhdudiyyətləri ləğv edib.

TurkicWorld-un məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

"Azərbaycanın bu məhsulu Rusiyaya maneəsiz daxil olur", - səfir deyib.

O qeyd edib ki, Rusiya İxrac Mərkəzi Azərbaycan məhsullarının idxalının dəstəklənməsi üçün zəruri alətlərə malikdir.

Səfirin sözlərinə görə, 2021-ci ildə Azərbaycan Rusiyaya bir milyard dollar məbləğində məhsul ixrac edib.

"2022-ci ilin ilk iki ayı ərzində Azərbaycanın Rusiyaya ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz artaraq 123 milyon dollar təşkil edib", - M.Boçarnikov bildirib.

Mövzuya görə xəbərlər