"AmCham" Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları artırmağı planlaşdırır - Nərgiz Nəsrullayeva

"AmCham" Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları artırmağı planlaşdırır - Nərgiz Nəsrullayeva

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları artırmağı planlaşdırır.

Bunu TurkicWorld-ə müsahibəsində "AmCham"ın prezidenti Nərgiz Nəsrullayeva deyib.

Onun sözlərinə görə, yaxın illərdə Azərbaycanda biznes mühitinin inkişafı, dövlət və özəl sektor arasında dialoqun gücləndirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.

"Azərbaycanda qeyri-neft sektorunun inkişafının prioritet olduğunu nəzərə alaraq, biz bu sahənin təkmilləşdirilməsi istiqamətində intensiv işləməyi və Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar cəlb etməyi planlaşdırırıq", - deyə N.Nəsrullayeva bildirib.

"AmCham"ın prezidenti qeyd edib ki, həmçinin, palatanın siyasəti və korporativ sosial məsuliyyəti çərçivəsində təhsil sahəsində bir sıra yeni layihələrin həyata keçirilməsi, iqtisadiyyatın drayveri olan kiçik və orta biznesin inkişafı üçün müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur.