Azərbaycan SOCAR Moldova Rövşən Nəcəf

Azərbaycan və Moldova bərpaolunan enerji məsələlərini müzakirə edib

Bakı, TurkicWorld

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Moldova Respublikasının Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Vladimir Bolea ilə görüşüb.

Bu barədə TurkicWorld-ə SOCAR-dan məlumat verilib.

Məlumata görə, görüşdə SOCAR ilə Moldovanın enerji şirkətləri arasında əməkdaşlıq münasibətlərinin önəmi qeyd olunub, əlaqələrin inkişafı imkanları nəzərdən keçirilib.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, region ölkələri ilə qaz təchizatı sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüşdə neft, qaz və neft məhsullarının ticarəti, bərpaolunan enerji, dekarbonizasiya sahələrinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər