Son dəqiqə

Azərbaycan Azərbaycan Mərkəzi Bankı İraq

İraqdan Azərbaycana pul köçürmələri 3 dəfəyə yaxın azalıb

Bakı. TurkicWorld:

Ötən il İraqdan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,5 milyon ABŞ dolları olub.

TurkicWorld bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 12 milyon ABŞ dolları və ya 2,6 dəfə azdır.

Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində İraqın payı 0,7% təşkil edib.

Qeyd edək ki, 2023-cü ildə İraqdan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 19,5 milyon ABŞ dolları idi.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.

Mövzuya görə xəbərlər