Son dəqiqə

Azərbaycan Somali

Azərbaycanla Somali arasında neft-qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Bakı, TurkicWorld

Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında neft və qaz sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

TurkicWorld-in məlumatında görə, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, Somali Federativ Respublikasının neft və mineral ehtiyatlar naziri Dahir Shire Mohamed ilə enerji tərəfdaşlığının qurulması üçün imkanları dəyərləndirilib.

"Bu sənəd, neft və qaz layihələri sahəsində Azərbaycanın zəngin təcrübəsindən faydalanmaqla əməkdaşlığın inkişafı üçün mühüm bir addımdır", - nazir əlavə edib.

Mövzuya görə xəbərlər