Son dəqiqə

Azərbaycan Azərbaycan-Udmurtiya Mixail Xomiç

Azərbaycanla Udmurtiya arasında ticari-iqtisadi əməkdaşlığın inkişaf dinamikası artım potensialına malikdir

Rusiyanın Udmurtiya Respublikasından Azərbaycana əsasən IT avadanlığı, süd, kimya və digər növ məhsullar tədarük olunur.

TurkicWorld-un məlumatına görə, bunu Udmurtiya hökumət başçısının müavini Mixail Xomiç Bakıda "Azərbaycan-Udmurtiya" biznes forumu zamanı deyib.

Onun sözlərinə görə, ticari-iqtisadi əməkdaşlığın inkişaf dinamikası artım potensialına malikdir.

"Azərbaycanla ticarət dövriyyəsinin artımı sevindirici olsa da, ixrac rəqəmləri çox yüksək deyil. Biz bu göstəricilərin artırılmasını hədəfləyirik", - deyə o bildirib.

Mövzuya görə xəbərlər