Azərbaycanda qeyri-neft sektorunun аyrı-аyrı sаhələrinin inkişаfı sürətlənib - Nazir

Azərbaycanda qeyri-neft sektorunun аyrı-аyrı sаhələrinin inkişаfı sürətlənib - Nazir

Azərbaycanda qeyri-neft sektorunun аyrı-аyrı sаhələrinin inkişаfı sürətlənib və ötən il bu sahədə əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən yüksəlib.

TurkicWorld-un məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"Artım turizm və iaşə obyektlərində 34,2%, qeyri-neft sənayesində 17,8%,
nəqliyyat və anbar təsərrüfatında 16%, informasiya və rabitədə 6,1%, ticarət və nəqliyyat vasitələrinin təmirində 5,3%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqcılıqda isə 3,3% təşkil edib", - o bildirib.