Azərbaycan məhsullarının Macarıstana ixracının artırılması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi də digər dövlət qurumları ilə bərabər müvafiq tədbirlər görür.
Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası zamanı deyib.
O qeyd edib ki, bu gün Agenlik ilə Macarstan Kənd təsərrüfatı nazirliyi arasında qida təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığa dair sənəd imzalanacaq.
“İnanıram ki, bu sənəd iki ölkə arasında idxal-ixrac prosedurarının sadələşdirilmsinə, kənd təsərrüfatı məhsullarının dövriyyəsinin artmasına mühüm töhfə verəcək”, - deyə Q.Təhməzli vurğulayıb.