Son dəqiqə

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi

Gaziantep hava limanında sərnişindaşıma 2 milyon nəfəri keçib (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin oktyabr ayında Gaziantep Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 2 milyon 480 min 118 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 15 faiz artaraq, 2 milyon 173 min 241 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 306 min 877 nəfər təşkil edib.

2024-cü ilin oktyabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 25 min 10 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 18 min 792 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 3 faiz artaraq, 6 min 218 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin oktyabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 9 faiz artaraq, 14 min 765 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 11 faiz artaraq, 12 min 944, beynəlxalq reyslər üzrə isə 3 faiz azalaraq min 821 olub.

Bu ilin oktyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 177 milyon 135 min 729 nəfər, yük daşınması isə 3 milyon 712 min 255 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.

Mövzuya görə xəbərlər