Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyədən ABŞ-a mebel ixracında artım qeydə alınıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyənin ABŞ-a mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25,4 faiz artaraq, 323,2 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə ABŞ-a 38,6 milyon dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 38 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz azalaraq, 6 milyon 517 min 460 dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 690 min 992 dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 2,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 7 milyon 878 min 817 dollar məbləğində mebel ixrac edib.

Mövzuya görə xəbərlər