Bakı, TurkicWorld
COP29 çərçivəsində 20 noyabrda Bakıda "Beynəlxalq aviasiya və iqlim dəyişikliyi" mövzusunda yüksəksəviyyəli tədbir keçiriləcək.
Bu barədə TurkicWorld Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, tədbir çərçivəsində aviasiyanın ətraf mühitə təsirini azaltmaq və qlobal iqlim hədəflərinə çatmaq məqsədilə müvafiq müzakirə aparılması nəzərdə tutulur.
Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatıdır (ICAO).
Tədbirlə bağlı ətraflı məlumat: https://bit.ly/3Z2zDOV