Bakı, TurkicWorld
2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 2,8 faiz artaraq, 13,7 milyard dollara bərabər olub.
Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin oktyabr ayında Türkiyə 1,5 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 10,2 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023 – oktyabr 2024) Türkiyə 16,6 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib.