Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi kimyəvi maddə

Türkiyə kimyəvi məhsul ixracını artırıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin kimyəvi məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artaraq, 25 milyard 618 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə 2 milyard 465 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 8,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 31 milyard 419 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib.

Mövzuya görə xəbərlər