Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi xalça

Türkiyədən Çinə xalça ixracı ötən ilə nisbətən xeyli artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyəndən Çinə xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35,8 faiz artaraq, 10,2 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə Çinə 1,2 milyon dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 28,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq, 2 milyard 86 milyon dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 250 milyon dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 2 milyard 883 milyon dollar məbləğində xalça məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər