Bakı, TurkicWorld
2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyənin Almaniyaya tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalaraq, 298,3 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin sentyabr ayında Türkiyə Almaniyaya 36,2 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 8,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalaraq, 7 milyard dollara bərabər olub.
“Bu ilin sentyabr ayında Türkiyə 806 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən sentyabr iyul ayı ilə müqayisədə 7,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 9 milyard 425 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib.