Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyənin Almaniyaya avtomobil sənayesi məhsulları ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyənin Almaniyaya avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azalaraq, 3,5 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə Almaniyaya 426,3 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 7,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Türkiyənin 2024-cü ilin yanvar-sentyabr aylarında avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 26 milyard 933 milyon dolları ötüb.

“2024-cü ilin sentyabr ayında Türkiyənin dünya bazarlarına avtomobil sənayesi məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 20,9 faiz azalaraq, 3 milyard 406 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 36 milyard 349 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər