Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyədən Qazaxıstan elektrik avadanlıqları ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyənin Qazaxıstana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq, 86,2 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə Qazaxıstana 15,4 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 34,6 faiz çoxdur ” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 1,9 faiz artaraq, 12,2 milyard dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 1,4 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 6,2 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023 – sentyabr 2024) Türkiyə 16,4 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər