Bakı, TurkicWorld
2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq, 5 milyard 828 milyon 607 min dollara bərabər olub.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin sentyabr ayında Türkiyə 661 milyon 819 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023- sentyabr 2024) Türkiyə 7 milyard 866 milyon 77 min dollar məbləğində mebel ixrac edib.