Bakı, TurkicWorld
2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin Qırğızıstana polad ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 7,7 faiz azalaraq, 3 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“2024-cü ilin avqust ayında Türkiyə Qırğızıstana 557 min dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 29,1 faiz çoxdur”, – deyə nazirlikdən bildirilib.
2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11.3 faiz artıb, 10 milyard 705 milyon dollara bərabər olub.
“Bu ilin avqust ayında Türkiyə 1 milyard 411 milyon dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 5,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 15 milyard 951 milyon dollar məbləğində polad ixrac edib.