Bakı, TurkicWorld
2024-cü ilin yanvar – avqust aylarında Türkiyənin Gürcüstana kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz artaraq 363,317 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin avqust ayında Türkiyə Gürcüstana 58,206 milyon dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 49,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin kimyəvi məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq, 20 milyard 998 milyon dollara bərabər olub.
“Bu ilin avqust ayında Türkiyə 2 milyard 579 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 3 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 31 milyard 996 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib.